SON DƏQİQƏ
» » Gəncəyə atılan iki raket 5 evi dağıtdı - "Qardian"

Gəncəyə atılan iki raket 5 evi dağıtdı - "Qardian"

Tarix:

17-10-2020, 23:08

/ 1 431 dəfə oxundu.
Gəncəyə atılan iki raket 5 evi dağıtdı - "Qardian"

Böyük Britaniyanın "Qardian" qəzetində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə raket hücumu barədə məqalə dərc olunub.

GunAz.az xəbər verir ki, məqalədə Azərbaycan Baş Prokurorluğuna istinadla ölkəmizin ikinci ən böyük şəhəri Gəncənin Ermənistan tərəfindən ballistik raketlərdən istifadə edilməklə atəşə tutulması nəticəsində azı 12 nəfərin həlak olduğu, 40-dan çox insanın yaralandığı bildirilir.

Qeyd olunur ki, Gəncənin yaşayış məhəllələrinə atılan iki raket 5 evi tamamilə dağıdıb, daha 15 evi zədələyib.

Qəzet yazır ki, bundan əlavə, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri Ermənistan tərəfindən energetiklər şəhəri olan Mingəçevirə atılan bir neçə raketi zərərsizləşdirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ