SON DƏQİQƏ
» » Pakistanda mitinqdə qumbara partlayıb, 39 nəfər yaralanıb

Pakistanda mitinqdə qumbara partlayıb, 39 nəfər yaralanıb

Tarix:

6-08-2020, 08:32

/ 2 787 dəfə oxundu.
Pakistanda mitinqdə qumbara partlayıb, 39 nəfər yaralanıb

Pakistanın Kəraçi şəhərində "Camaat Ulema-e-İslam” partiyasının təşkil etdiyi mitinqdə əl qumbarası partlayıb.

"Report” "TASS”a istinadən xəbər verir ki,  bu barədə "Dawn” qəzeti siyasi hərəkatın nümayəndəsinə və yerli hakimiyyət rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, partlayış nəticəsində azı 39 nəfər yaralanıb.

Bildirilib ki, bir nəfərin vəziyyəti ağırdır, yaralıların əksəriyyəti yüngül xəsarət alıblar.

Bütün yaralılar əraziyə yaxın xəstəxanalara aparılıb, hadisənin səbəbləri müəyyənləşdirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ