SON DƏQİQƏ
» » Şəmkir və Hacıqabulda ağır yol qəzaları - 5 nəfər ölüb - VİDEO

Şəmkir və Hacıqabulda ağır yol qəzaları - 5 nəfər ölüb - VİDEO

Tarix:

28-01-2020, 19:36

/ 1 883 dəfə oxundu.
Şəmkir və Hacıqabulda ağır yol qəzaları - 5 nəfər ölüb - VİDEO

Şəmkirdə avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb.

 

GunAz.az-ın məlumatına görə, ağır qəza Şəmkir-Şiştəpə yolunda baş verib.

 

Şəmkir sakini 37 yaşlı Ramil Əmiraslanov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolun dağətəyi aşırımından keçən sərt döngəsində idarəetməni itirib və qəzaya ugrayıb. Hadisə zamanı sürücü və onun əmisi oğlanları-43 yaşlı Habil Əmiraslanov və 47 yaşlı Şahin Əmiraslanov dünyasını dəyişib.

 

Faktla bağlı Şəmkir rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

 

Hacıqabulda isə bir gecədə iki piyadanı avtomobil vuraraq öldürüb. Bakı-Qazax magistralının Muğan kəndi ərazisindən keçən hissəsində avtomobil yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Piyadanın şəxsiyyəti müəyyənləşdirilir. Sürücü isə hadisə yerindən qaçıb.

Piyadanın ölümü ilə nəticələnən ikinci hadisə isə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində baş verib. Yol-nəqliyyat hadisəsi zamanı minik avtomobili yolu keçən piyada - Quba rayon sakini, 58 yaşlı Vahid Yusifovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ölən şəxslərin meyitləri müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdrilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

GunAz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/vjVcQ-rD4U4

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ