SON DƏQİQƏ

Xalq artisti xəstəxanaya yerləşdirildi, bu gün...

Tarix:28-01-2020, 10:53 Oxunub:1 649

Xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə aktyor özü "5/5" verilişinin canlı efirinə telefon vasitəsilə qoşularaq məlumat verib.

Proqramda ad gününü qeyd edən aparıcı hacı Nuranı təbrik edən R.Dadaşov səhhətində yenidən problemlərin yarandığını və təcili şəkildə xəstəxanaya yerləşdirildiyini bildirib.

***

Atam hələ müayinə olunur, əsas problem bu gün bilinəcək.

Bu sözləri Kult.az-a açıqlamasında Emil Dadadşov atası, Xalq artisti Rafael Dadaşovun səhhəti ilə bağlı danışarkən deyib.

"Ötən gün narahat idi deyə, Respublika Klinik Xəstəxanasına gətirdik. Hələ müayinə olunur. Biz də dəqiq bilmirik nə məsələdir. Həkimlər bu gün diaqnoz qoyacaqlar”, - deyə o bildirib.

 

 

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<