SON DƏQİQƏ
» » Rəsədxana rəhbəri: Zəlzələ 40 km-lik layı qırıb - Ciddi təhlükə

Rəsədxana rəhbəri: Zəlzələ 40 km-lik layı qırıb - Ciddi təhlükə

Tarix:

25-01-2020, 08:54

/ 3 001 dəfə oxundu.
Rəsədxana rəhbəri: Zəlzələ 40 km-lik layı qırıb - Ciddi təhlükə

Saat 20:55-də (yerli vaxtla) Elazığ Sivricədə zəlzələ baş verdi. Məlumatlar gəldikcə yeniləyirik. Dünyanın hər yerində belədir, fərqli maqnituda göstəriciləri verilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Qəndilli Rəsədxanasının rəhbəri Haluk Özener deyib.

“Zəlzələnin episentri Elazığ, Sivricədir. Məlumatlar gəldikcə lokasiya dəyişir. Hazırda 6,6 ballıq zəlzələ olduğu təsbit edildi. Olduqca şiddətli zəlzələ olaraq qəbul edilir. Tarixə nəzər saldığımızda, olduqca şiddətli zəlzələlərin baş verdiyini görə bilərik. Son 500 ildə 7 bala çatan yeraltı təkanlar qeydə alınıb.

Hazırda Doğu Anadolu fayının xarakterinə uyğun bir zəlzələdən danışırıq. Afterşoklar 75 kilometrlik əraziyə yayılıb. Bu zəlzələnin 40 kilometrlik layı qırdığını düşünürük. Bölgə seysmik olaraq olduqca aktivdir. Zəlzələdən zərər görən binalara girilməməlidir”, - deyə Özener bildirib.

Özener qeyd edib ki, indiyə qədər 30 afterşok qeydə alınıb:

"Afterşokların bir həftə davam edəcəyini ehtimal etmək mümkündür".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ