SON DƏQİQƏ

Şuşa qalası erməniləşdirilir...TƏXRİBAT

Tarix:

24-01-2020, 09:44

/ 3 156 dəfə oxundu.
Şuşa qalası erməniləşdirilir...TƏXRİBAT

Ermənistanın Azərbaycan torpaqlarının işğalını cidd-cəhdlə rəsmiləşdirməyə çalışdığı, bunun üçün bütün vasitələrə əl atdığı məlumdur. Yaxın və orta tarixin saxtalaşdırılması, bütün dünyanın bildiyi ən sadə həqiqətlərin belə, baş-ayaq təqdim olunmas, o sırada ermənilərin Rusiya çarı İ Pyotr dövründə Qafqaza gəlmə xalq olduqları halda özlərini aborigen toplum kimi gözə soxmaları da bəllidir.

Ermənilərin yalnızca torpaq oğruları yox, musiqi, mədəniyyət, mənəviyyat oğruları olması da təzə məsələ deyil. O da məlumdur ki, ermənilər harada kompakt şəkildə məskunlaşırsa, az sonra həmin ərazini öz adına çıxıb “qədim erməni torpağı” saymağa, üstəlik, bunu erməni dərsliklərinə salıb öz uşaqlarına təbliğ eləməyə başlayırlar. Paralel surətdə yerli və qədim toponimləri, ermənilərin gəlmə olduqlarını təsdiqləyən tarixi adları erməniləşdirməyə girişir, yerli aborigen xalqa aid bütün mədəni abidələri, dəlil-sübutları yox eləməyə çalışırlar.

Ən isti nümunə hazırda Ermənistan adlanan Qərbi Azərbaycan ərazisi və bir də təbii ki, işğal altındakı Dağlıq Qarabağ və ona bitişik 7 rayondur. Bu xəstə təfəkkürlü toplum, “əzabkeş xalq” nəinki türk torpaqlarında, yəni İrəvan xanlığı ərazisində yaradılan saxta Ermənistan dövlətinin ərazisində və Qarabağda Türk toponimlərini erməniləşdirib, həm də heç vaxt ermənilərin yaşamadığı Dağlıq Qarabağ ətrafındakı rayonların adlarını dəyişiblər. Guya bununla tarixi mənbələri silə biləcəklər. Mənbələr, o cümlədən ermənilərin tarixi müttəfiqi sayılan rusların mənbələri isə bütünlüklə ermənilərin əleyhinədir və onların total yalanını üzə çıxarır.

*****

Azərbaycan torpaqlarının ilhaqına haqq qazandırma üçün düşmən tərəfin istifadə elədiyi məkrli vasitələrdən biri də ermənilərin özlərini dünyaya yalandan mədəni, tolerant xalq kimi təqdim edib azərbaycanlıların vəhşi obrazını yaratmaq cəhdidır. Halbuki Azərbaycandan fərqli olaraq, Ermənistan SRRİ dağılandan dərhal sonra monoetnik ölkəyə çevrilib. Burada hətta yəhudilərə də göz verib işıq verməyiblər. 

Yeri gəlmişkən, “The Yerusalem Post” yazır ki, Ermənistanda 5 minlik yəhudi icmasından indi heç 100 nəfər də qalmayıb. Azərbaycanda isə böyük yəhudi icması yaşayır və onlar digər xalqlar kimi, həmişə rahat, təhlükəsiz şəraitdə həyatlarını sürür, inkişaf edir, yeri gələndə ümumi vətənimiz Azərbaycan uğrunda, erməni işğalına qarşı Azərbaycan türkləri ilə birgə mübarizə aparırlar. Bizdə Bakı doğumlu Albert Aqarunov kimi yəhudi əsilli Milli  Qəhrəman da var... 

*****

Bu arada Dağlıq Qarabağdakı qondarma rejimin işğal edilmiş Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrini bir-birinin ardınca erməniləşdirməyə və ya farslaşdırmağa davam etdiyi barədə yeni xəbərlər gəlməkdədir. Belə ki, ermənilər Şuşadakı məşhur “Gövhərağa” məscidini İran arxitektorlarının köməyi ilə “fars məscidi” kimi restavrasiya edəndən sonra bu dəfə tarixi Şuşa qalasının restavrasiyasına başladıqlarını elan ediblər.

Qondarma “dqr mədəniyyət və turizm nazirliyinin” bildirdiyinə görə, məşhur Şuşa qalası 2020-ci ildə restavrasiya olunacaq. Habelə “Gövhərağa” məscidində restavrasiya işləri davam etdiriləcək. İşğalçılar Xocavənd, Ağdərə rayonları ərazisindəki qədim məbədləri və tarixi abidələri, o cümlədən Laçın rayonundakı XV əsrə aid “Mirik” qalasını da “restavrasiya” etməyə hazırlaşırlar. Ermənilərin “restavrasiya”sının nədən ibarət olacağını isə təxmin eləməyə dəymir.   

Məlumat üçün bildirək ki, Şuşa qalası Şuşa şəhərinin tarixi hissəsini əhatə edən qala divarlarından ibarətdir. Belə ki, 18-ci əsrdə yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdı. Sonrakı dövrdə şəhər, sadəcə, Qala adlandırıldı. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülüb.

Qalanın inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Şuşa qalası üç əsas qapıya malik olub - Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.

*****

Erməniləri isə əlbəttə ki, Şuşanın gerçək tarixini yaşatmaq yox, onu “özününküləşdirmək” maraqlandırır. Bu, o ermənilərin nəslidir ki, Qarabağa köçün 150-ci ildönümü münasibətilə Marağa kəndində abidə qoymuş, konflikt başlayanda isə onu uçurmuşdular. Ancaq fakt faktlığında qalır. Şübhə yox ki, torpaqlar işğaldan azad olunandan sonra erməniləri ifşa edən belə dəlillərin sayı-hesabı olmayacaq...Musavat.com

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ