SON DƏQİQƏ

ABŞ İrandakı etiraz aksiyalarını dəstəklədi

Tarix:18-11-2019, 08:35 Oxunub:2 694

ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyir və nümayişçilərə qarşı güc tətbiq olunmasını pisləyir.

GunAz.azRİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Stefan Qrişemin bəyanatında deyilir.

"Birləşmiş Ştatlar İran xalqının rejimə qarşı dinc etirazlarını dəstəkləyir. Biz nümayişçilərə qarşı tətbiq edilən, ölümlə nəticələnən güc tətbiqini və sərt məhdudiyyətləri pisləyirik" - Ağ Evin açıqlamasında qeyd edilir.

Xatırladaq ki, İranda etiraz aksiyaları benzinin qiymətinin qalxmasına reaksiya olub. Bildirilir ki, cümə günü aksiyanın gedişatında bir nəfər həlak olub. İran hökuməti nümayişlərin fonunda ölkədə internetin kəsiləcəyi barədə xəbərdarlıq edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<