SON DƏQİQƏ
» » Çoxmərtəbəli binada yanğın, zəhərlənənlər var-BAKIDA

Çoxmərtəbəli binada yanğın, zəhərlənənlər var-BAKIDA

Tarix:

3-10-2019, 22:10

/ 1 273 dəfə oxundu.
Çoxmərtəbəli binada yanğın, zəhərlənənlər var-BAKIDA

Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib. 

GunAz.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib (ilkin tibbi yardım göstərilib), 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ