SON DƏQİQƏ
» » Mingəçevirdə YANĞIN - 1 nəfər öldü, 6 nəfər təxliyə edildi

Mingəçevirdə YANĞIN - 1 nəfər öldü, 6 nəfər təxliyə edildi

Tarix:

12-09-2018, 18:19

/ 10 316 dəfə oxundu.
Mingəçevirdə YANĞIN - 1 nəfər öldü, 6 nəfər təxliyə edildi

Mingəçevir şəhərində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövəqladə Hallar Nazirliyindən GunAz.az-a bildirilib ki, yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Borisov Serqey Aleksandroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. 

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ