SON DƏQİQƏ

Türkiyədə iki ardıcıl zəlzələ

Tarix:

14-09-2019, 11:41

/ 2 055 dəfə oxundu.
Türkiyədə iki ardıcıl zəlzələ

Türkiyənin Çankırı bölgəsində Rixter cədvəli üzrə 4.7 və 4.8 bal güclərində iki zəlzələ baş verib.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Agentliyin sayında göstərilir ki, sentyabrın 14-də Türkiyə vaxtı ilə saat 9:00-da və 9:03-də ardıcıl baş verən yeraltı təkanların episentri Çerkeş rayonunda qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ