SON DƏQİQƏ
» » Sosial şəbəkədə yayılan videoya görə direktor və işçiləri həbs edildi

Sosial şəbəkədə yayılan videoya görə direktor və işçiləri həbs edildi

Tarix:

21-09-2018, 08:44

/ 10 332 dəfə oxundu.
Sosial şəbəkədə yayılan videoya görə direktor və işçiləri həbs edildi

Daxili İşlər Nazirliyi Bakıda marketdən yağ oğurlayan şəxsi döyən şəxslərlə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, bir neçə gün əvvəl Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yerləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb. Mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər.

İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, mağazadan oğurluq edilməsini əvvəlcə satıcılar aşkar ediblər. Onlar mağaza direktoruna məlumat verib D.Timurbulatovu saxlayandan sonra onu xuliqanlıq zəminində döyüblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən hadisə isə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ