SON DƏQİQƏ

Rusiyada sərnişin təyyarəsi yanıb - VİDEO

Tarix:

1-09-2018, 09:05

/ 10 523 dəfə oxundu.
Rusiyada sərnişin təyyarəsi yanıb - VİDEO

"Utair" hava şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Rusiyanın Soçi şəhərində hava limanına enmə zamanı alışıb. Hadisə zamanı 18 nəfər xəsarət alıb.

GunAz.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, xəsarət alanlar arasında 3 uşaq da var. Hazırda hava limanında həkimlər və psixoloqlar briqadası işləyir.

Qeyd edək ki, Moskvadan Soçiyə uçan "Boeing 737" sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb. Bir saat sonra isə alov söndürülüb.

Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ