SON DƏQİQƏ

İki sərnişin təyyarəsi toqquşub

Tarix:

28-03-2018, 16:24

/ 10 352 dəfə oxundu.
İki sərnişin təyyarəsi toqquşub

İsrailin paytaxtı Tel-Əviv şəhərinin beynəlxalq hava limanında iki sərnişin təyyarəsi toqquşub.

Gunaz.az xəbər verir ki, Almaniyaya və İsrailə məxsus iki təyyarə eniş zolağında toqquşub.

“Haaretz” qəzetinin xəbərinə əsasən, “Germania” avia şirkətinə məxsus “Boeing 737” tipli təyyarə arxa quyruğu ilə İsrailin “El Al” şirkətinin “Boeing 767” tipli təyyarəsinə çırpılıb.

Hər iki təyyarə ciddi zədə alıb. Amma sərnişinlər arasında xəsarət alan yoxdur.

Qeyd edilir ki, İsrail təyyarəsi Romaya, alman təyyarəsi isə Berlinə uçmalı imiş.

Baş verən hadisə ilə bağlı istintaq başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ