SON DƏQİQƏ
» » Azərbaycanda dəhşətli YANĞIN BAŞLADI - Sürətlə ətrafa yayılır

Azərbaycanda dəhşətli YANĞIN BAŞLADI - Sürətlə ətrafa yayılır

Tarix:

28-07-2018, 10:46

/ 10 275 dəfə oxundu.
Azərbaycanda dəhşətli YANĞIN BAŞLADI - Sürətlə ətrafa yayılır

Ağsu rayonunda meşə yanğını başlayıb.

GunAz.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ilkin məlumatda rayonun Qırılar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir.

Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib. Alov yaxınlıqdakı meşə sahəsinə keçib.

Hadisə yerinə FHN-in Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Dağlıq əraziyə yanğınsöndürən avtomobillər çıxa bilmədiyi üçün şəxsi heyət alovun qarşısını əl əməyi ilə almağa çalışır.

Hazırda meşədəki yanğının söndürülməsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ