SON DƏQİQƏ

Göyçayda meşə yanır

Tarix:

23-07-2018, 21:52

/ 10 293 dəfə oxundu.
Göyçayda meşə yanır

Göyçayda “Surxay qalası” adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb.
GunAz.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin meşə mühafizəçiləri cəlb edilib.
Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ