SON DƏQİQƏ

Meksikada silahlı toqquşma: 12 ölü

Tarix:

8-01-2018, 08:02

/ 985 dəfə oxundu.
Meksikada silahlı toqquşma: 12 ölü

Meksikanın Qerrero ştatında yerli sakinlərlə özünümüdafiə qüvvələri arasında baş verən silahlı toqquşma nəticəsində ən azı 12 nəfər öldürülüb, 1-i yaralanıb.

Gunaz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qarşıdurma Akapulko şəhəri yaxınlığındakı Konsepsyon qəsəbəsi ərazisində baş verib.

Özünümüdafiə dəstəsi qəsəbəyə daxil olaraq dörd yerli sakini öldürüb. Kəndlilər də buna cavab olaraq odlu silahdan istifadə ediblər və dəstənin 8 döyüşçüsünü güllələyiblər. Hazırda hadisə yerinə polis qüvvələri, dəniz piyadaları və ordu göndərilib.

скачать dle 12.1

Şərhlər