SON DƏQİQƏ
» » Çində hotelin üzərinə qaya düşdü - Ölən və yaralananlar var

Çində hotelin üzərinə qaya düşdü - Ölən və yaralananlar var

Tarix:

21-01-2017, 18:23

/ 7 081 dəfə oxundu.
Çində hotelin üzərinə qaya düşdü - Ölən və yaralananlar var

Çinin Hubey əyalətində yerləşən hotelin üzərinə dağ süxurlarından ibarət qayanın düşməsi nəticəsində 12 nəfər dünyasını dəyişib.
Hadisə dünən gecə Syanfan şəhərinin Nançjan mahalında baş verib. Qaya uçqunu hotel binasının arxa hissəsində olub. Nəticədə mehmanxana qismən dağılıb.
Xilasetmə qərargahının son məlumatlarına görə, ekspert qiymətləndirilməsi və hadisə yerini araşdırdıqdan sonra xilasedicilər dağıntılar altında heç kimin sağ qalmadığını müəyyənləşdirib. Binanın uçqunu altında qalmış 10 nəfər ölmüş hesab edilib.
Qeyd edək ki, hotelin dağıldığı zaman 15 nəfər üçmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranda olub. Daha əvvəl 2 nəfərin öldüyü, 3-nün isə yaralandığı məlum olub.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ