SON DƏQİQƏ
» » İstanbulda binanın çökməsi nəticəsində xəsarət alanların sayı 17-yə çatıb - YENİLƏNİB

İstanbulda binanın çökməsi nəticəsində xəsarət alanların sayı 17-yə çatıb - YENİLƏNİB

Tarix:

14-01-2017, 08:14

/ 8 866 dəfə oxundu.
İstanbulda binanın çökməsi nəticəsində xəsarət alanların sayı 17-yə çatıb - YENİLƏNİB

Istanbulun Zeytunburnu qəsəbəsində binanın çökməsi nəticəsində 2 nəfər ölüb, xəsarət alanların sayı 17-yə çatıb

APA-nın məlumatına görə, 56 mənzilli 8 mərtəbəli bina səki ilə hərəkət edən piyadaların üzərinə aşıb.

İstanbulun valisi Vasip Şahin hadisə yerində olub. O, bildirib ki, bina 2015-ci ildə boşaldılıb və yaşayış olmayıb. Binanın çökməsi nəticəsində ərazidən keçən adamlar dağıntılar altında qalıblar. 1 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.

Vali Vasip Şahin bildirib ki, təhlükəsizlik məqsədilə ərazidə 21 bina boşaldılıb. Bəzi iddialara görə, bina rəsmən boşaldılsa da, orada suriyalı qaçqınlar qanunsuz yaşayıblar. İstanbul valisi bildirib ki, onlarda belə məlumat yoxdur. Lakin hər ehtimala qarşı dağıntılar altında axtarışlar davam etdirilir.

***

18:16

İstanbulun Zeytinburnu rayonu ərazisində 6 mərtəbəli bina çöküb.

APA-nın "Milliyət”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.

Bina daha əvvəl boşaldıldığından orada insan yaşamır. Ölən və yaralananların hadisə zamanı binanın yanından keçənlər olduğu ehtimal edilir.

Ölənlərdən birinin uşaq olduğu bildirilir.

Gunaz.az

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ