SON DƏQİQƏ

Saz

Tarix:

30-05-2019, 19:46

/ 1 152 dəfə oxundu.
Saz

Sazımız tarixin salnaməsidir,
Mizrabı dindirən qoç nərəsidir,
Sədası igidlik zəngurəsidir,
Hər teli, ayrı cür verir xoş avaz,
Qoç Nəbi, Koroğlu havasıdır saz.

Vardır sədasının atəşi, odu.
Cəm edib telinə qopuzu, udu.
Hər an xatırladır Dədə Qorqudu,
Köksündə nisgili olsa da bir az,
Bu elin əbədi laylasıdır saz.

Yığıbdır köksünə sevinci qəmi,
Divanı, Dübeyti, Şərur, Dilqəmi,
Kəkliyi, Laçını, yanıq Kərəmi.
Sarıtel , Mixəyi, Müxəmməsi yaz,
Laylalı yurdumun anasıdır saz.

Hansını vəsf edim çoxdu havası,
Təcnisi, Sultanı, var Gəraylısı.
Göynədir qəlbimi "köç bayatısı".
Yarıb xəyalımı keçir xan Araz,
Xalqımın mənəvi dünyasıdır saz.

Tarixdən köklənib, var sinə dağı,
Naxçıvan(ı), Qazağı, Ürfan(i) Qaytağı.
Çal aşıq, indi çal sən Qarabağı,
Dərindir Tarixin, deyilsən dayaz,
Yurdumun, elimin aynasıdır saz.

Müəllif.M.Duyğulu.
30.05.2019

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ