SON DƏQİQƏ

Görən yazdığımı nadanlar qanar?

Tarix:

8-09-2017, 11:48

/ 1 157 dəfə oxundu.
Görən yazdığımı nadanlar qanar?

Bir vaxt dəyişərəm bu dünyanı mən,
Tanıyan, eşidən gələr yasıma.
Xatirə söylənər, ehsan verilər,
Adım həkk olunan o başdaşıma.
Məni o dünyada inkir-minkirlər
Sorğuya tutarlar, sual edərlər.
Sınaqdan çıxsam da, ya çıxmasam da,
Ətimi qarışqa, cücülər yeyər.
Bir ana bətnində böyüyən körpə,
Bəlkə də ruhumu daşıyar onda.
Körpə ağlayanda, körpə güləndə,
Hiss edər nəfəsim, ruhum o anda.
Ruhum asimana yüksələn zaman,
Əbədi bir həyat taparam onda.
Atını durmadan çapır hey zaman,
Ruhum döyünəcək yəqin o canda.
Bu fani dünyadan ömürlük itib,
O qara torpaqda boğulacağam.
Cismim qarışacaq torpağa, quma,
Başqa bir aləmdə doğulacağam.
Pislik etmərəm ki, mən bir kimsəyə,
Qəbrimə söyməsin cahil insanlar.
Rauf şükr eləyər uca Rəbbimə,
Görən yazdığımı nadanlar qanar?
Rauf İlyasoğlu

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ