SON DƏQİQƏ
» » Arayik Azərbaycan torpağından Paşinyanın mitinqinə 1000 erməni yollayıb?

Arayik Azərbaycan torpağından Paşinyanın mitinqinə 1000 erməni yollayıb?

Tarix:

1-03-2021, 21:47

/ 1 334 dəfə oxundu.
Arayik Azərbaycan torpağından Paşinyanın mitinqinə 1000 erməni yollayıb?

Azərbaycanın 44 günlük müzəffər savaşımızdan sonra birbaşa nəzarət edə bilmədiyi tarixi-hüquqi ərazilərindəki 33 illik qondarma separatçı rejim tör-töküntülərinin rəhbəri  Arayik Arutyunyan Qarabağdakı erməniləri Nikol Paşinyanın bu gün İrəvanda keçiriləcək mitinqinə cəlb etmək üçün adambaşı 20.000 dram(təxm. 65 AZN) və nəqliyyat ayırır.

GunAz.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Hazırda əsasən Ağdərədə təşkil olunan  prosesin  Arayikin yaxın adamı Aleksey Balayan tərəfindən koordinasiya olunduğu bildirilir. Mitinq üçün hələlik 1000 nəfər toplamaq tapşırılıb.

Lakin həm Arutyunyanın mətbuat katibi, həm də A.Balayan bu informasiyanı təkzib edib.

Xatırladaq ki, Paşinyan Ermənistan vətəndaşlarını 2008-ci il mart hadisələrinin növbəti ildönümü münasibətilə bazar ertəsi, yəni bu gün saat 18:30-da keçirilən mitinqdə iştiraka çağırıb. /Moderator.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ