SON DƏQİQƏ

Parisdə etiraz aksiyası keçirilir

Tarix:

21-11-2020, 22:09

/ 1 292 dəfə oxundu.
Parisdə etiraz aksiyası keçirilir

Fransanın paytaxtı Parisdə vətəndaşlar "Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası keçirir.

"RİA Novosti” agentliyi xəbər verir ki, nümayiş jurnalist həmkarlar ittifaqlarının çağırışı ilə keçirilir.

Qeyd edək ki, "Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə əsasən, əməliyyat zamanı polis və ya jandarma nümayəndəsinin kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə, yaxud bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Jurnalistlərin həmkarlar ittifaqları və hüquq müdafiəçiləri isə bu müddəanın jurnalistlərin və sadə vətəndaşların polis məmurlarını lentə almasını və polis zorakılığını qeydə almalarını mümkünsüz edəcəyini düşünür.


скачать dle 12.1

Şərhlər