SON DƏQİQƏ

Almaniya Avropanın 29 ölkəsinə səyahət məhdudiyyətini aradan qaldıracaq

Tarix:3-06-2020, 23:11 Oxunub:1 117

İyunun 15-dən başlayaraq Almaniya Avropanın 29 ölkəsinə səyahətlə bağlı xəbərdarlığı ləğv edəcək.
GunAz.az-ın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas mətbuat konfransında deyib.
O bildirib ki, xəbərdarlıq ayrı-ayrı ölkələrdə vəziyyətlə bağlı tövsiyələrlə əvəz olunacaq.
Nazirin sözlərinə görə, bu ölkələr arasında İspaniya və Norveç turist səfərlərinə digər ölkələrdən daha gec icazə verə bilərlər.
Qeyd edək ki, Almaniya mayın 16-dan etibarən Lüksemburq və Danimarka ilə sərhədlərdə nəzarəti dayandırıb. Fransa, İsveçrə və Avstriya ilə sərhədlərdə rejim yumşaldılıb.
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<