SON DƏQİQƏ

Ulu Dərbəndin adətləri

Tarix:

7-05-2024, 22:02

/ 3 759 dəfə oxundu.
Ulu Dərbəndin adətləri

Dəmirqapı  Dərbənd, ta dövrü qədimdən öz gözəl Azərbaycan mədəniyyətinə xas olan, gözəl adət ən-ənələri ilə tanınıb. Dərbənddə "Nişan", "Xnayaxtı", "Toy mərasimləri" hər zaman gözəl keçirilib. Bu adətləri artıq yenidən gündəmə gətirilmə tədbirləri keçirilir. Artıq Dərbənddə Azərbaycan mədəniyyətinin gözəl toya aid məclisləri təntənəli şəkildə qeyd edilir. Elə bu münasibətlə də, Dərbəndin
“Qədim Dərbəndin mədəniyyəti və həyatı” muzeyində “Zamanın canlı ipi” mədəni-maarif layihəsi çərçivəsində “Gəlin ata evindən bəy evinə yola salınması” və folklor toy mərasimi keçirilib.  Tədbir, "Qadın hamamı" muzey kompleksinin binasında, çox gözəl və təmtəraqlı keçirilib. Bu möhtəşəm tədbirdə, toya aid ənənəvi toy mahnıları, zarafatları və rəqsləri ilə müşayiət olunan rəngarəng, canlı-canlı olaraq  tamaşa, bəy gəlin tərifləri nümayiş etdirilib. Gəlin və bəyin qohumları arasında natiqlik üzrə komik yarışma xüsusilə də, oğlan evinin qız evinə gəlin aparmaq üçün gəlişini, sanki canlı bir toy mərasimi kimi maraqlı qeyd ediblər. Tədbirdə, milli musiqi alətləri səslənib: zurna və nağara məclisə bir az da gözəllik qatıb. Sankt- Peterburqdan Dərbənddə gələn qonaq və onun rəfiqəsinin rolunu oynayan ata və ananın qızına verdiyi öyüd-nəsihət, tədbir iştirakçılarını və qonaqları kövrəldib.
Şən və rahat ab-hava,  rəngarəng milli geyimlər və qədim məişət əşyaları tədbir iştirakçılarını və qonaqlarını əcdadlarımızın dünyasına hopdurmuş və hər kəsi xalqımızın zəngin adət-ənənələrini qoruyub saxlamaq və artırmaq arzusunda birləşdirmişdir. Bu gözəl tədbirdə toy ab-havasıyla yanaşı, milli şirniyatlarımızla,  ənənəvi olaraq çay süfrəsi və dadlı şərq yeməkləri də var idi.
“Qədim Dərbəndin mədəniyyəti və həyatı” Muzeyinin kollektivi layihə iştirakçılarına: istedadlı pedaqoq vokalçı Ülviyyə Babayevaya, Azərbaycan Dövlət Dram Teatrının aktyoru Dağıstan Respublikasının Əməkdar artisti Məhərrəm Ömərova və teatrın istedadlı aktrisası və tanınmış şairə Zeynəb Dərbəndliyə xüsusi təşəkkürlərini bildiriblər. Onlar tədbirin gedişatında, bütün Azərbaycan xalq mahnılarını canlı olaraq ifa ediblər. Tədbirdə, Azərbaycan Dövlət Dram Teatrının aktrisası Bətulə Hüseynova, Dərbənd Musiqi Məktəbinin müəllimi Aygün Nəcəfova, Səbinə Saqdarova adına 6 nömrəli internat məktəbinin müəllimi, populist musiqiçilər Yaralı Əliyarov və Hilal Maqsudov, Dağıstan Respublikasının “Kaspi” Dövlət Rəqs Ansamblının solisti Fəridə Abasova, 6 nömrəli tam orta məktəbin şagirdləri Miri Fərzəliyev və Anar Babayev və həmçinin də şəhərimizin qonaqları fəal olaraq iştirak ediblər. Onu da qeyd etmək istərdim ki, bütün bu gözəlliklərin təşkilatçısı, "Qadın muzeyi"nin müdiri Dilarə İsabəy qızı Soltanovadır. Belə öz milli mədəniyyətini hər kəsə və şəhərimizə gələn turistlərə qürurla təqdim edən xanıma, bütün xalqımız adından təşəkkür edirik.
Adam, Qədim Dərbəndin belə gözəl adətlərini yad edib gördükdə. Dərbəndin tanınmış şair qızı, Zeynəb Dərbəndlini bu şeiri göz önündə canlanır.


Ulu Dərbənd

Ulu Dərbənd, yollarına sarınım,
Bayramına, şənliyinə yarımın,
Dağlarının mehi ilə daranım,
Ha boylanım tarixinin izində,
Neçə-neçə əsərim var düzündə.

Ulu Dərbənd, babaların dastanı,
Bir cənnətdir, dağ döşündə yastanın,
Bərəkətdir meşən, bağın, bostanın,
Hər daşında, keçmişindən min iz var,
Ətəyində mavi gözlü dəniz var.

Ulu Dərbənd, nənələrin nağılı,
Hər əsirdən min iz qoydun yağılı,
Tanrı səndən əsirgəmir sığalı,
Ta qədimdən dastanlarda adın var,
Hər milləti isidəcək odun var.

Ulu Dərbənd, keçmişimdən yadigar,
Bəzəyindir qədim dəmir qapılar,
Səni görən, adına min söz yazar,
Özün elə, özün boyda işığsan,
Vətənim Dağıstana yaraşığsan.

Ulu Dərbənd, şairlərin misalı,
Çoxdur səndə, sevənlərin vüsalı,
Qorumusan qədim, doqquz Mahalı,
Başın üstə, Qalan durub ər kimi,
Mən edirəm, təkcə sənə ərkimi.

Ulu Dərbənd, şəhərlərin şahı sən,
Hər yazılan tarixlərin mahı sən,
Millətimin bu günü, sabahı sən,
Şairlərin sözü, söhbəti sənsən,
Bu ellərin adı, qüdrəti sənsən.

Ulu Dərbənd, oxunmamış kitabsan,
Ta qədimdən, min suala cavabsan,
Zeynəb üçün, əvəzolunmaz adsan,
Yazdıqları, onun üçün həyatdı,
Dərbənd təxəllüsü ilə yaratdı.

Nəcibə İlkin
Şair-publisitst, yazıçı
AYB-nin və AJB- nin üzvü.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ