SON DƏQİQƏ
» » Avstriya və Almaniya qaçqın axınının cənub marşrutunu bağlamaq niyyətindədirlər

Avstriya və Almaniya qaçqın axınının cənub marşrutunu bağlamaq niyyətindədirlər

Tarix:

6-07-2018, 06:38

/ 10 244 dəfə oxundu.
Avstriya və Almaniya qaçqın axınının cənub marşrutunu bağlamaq niyyətindədirlər

Avstriya və Almaniya Avropaya qaçqın və miqrant axını ilə bağlı konkret addımlar atmağa hazırlaşırlar. Gələn həftə Avstriyanın İnnsbruk şəhərində keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı ölkələri daxili işlər nazirlərinin toplantısında hər iki ölkə qaçqın axınının əsas hərəkət istiqamətlərindən biri olan cənub marşrutunu tamamilə bağlamaq barədə birgə niyyətlərini ifadə ediblər.

GunAz.az xəbər verir ki, Aralıq dənizi üzərindən Avropaya miqrasiya axınının qarşısının alınması Avstriyanın federal kansleri Sebastian Kurts və Almaniyanın daxili işlər naziri Horst Zeehofer arasında Vyanada keçirilən görüşdə əsas müzakirə mövzusu olub. İnnsbruk toplantısı ərəfəsində Almaniya, Avstriya və İtaliyanın daxili işlər nazirləri arasında miqrasiya axınını dayandırmaq üçün konkret addımların atılması ilə bağlı görüş keçiriləcək və birgə təkliflər zirvə toplantısına təqdim olunacaq.

Almaniyanın daxili işlər naziri H.Zeehofer Vyanada jurnalistlərə bildirib ki, hər bir üzv ölkənin hökumət rəhbəri resurs rəhbərləri arasında aparılacaq mürəkkəb danışıqların nəticəsini miqrasiya axınını dayandırmaq üçün əldə ediləcək razılaşmaların özək məqamları kimi təqdim etməlidirlər. Bu, o deməkdir ki, Almaniyanın kansleri Angela Merkel yaxın müddətdə qaçqın axını ilə bağlı Yunanıstan və İtaliyanın hökumət başçıları ilə müvafiq razılaşmalar əldə etməlidir.

S.Kurts H.Zeehofer ilə görüşün olduqca məhsuldar şəraitdə keçdiyini vurğulayaraq, ölkəsinin İtaliya ilə sərhədlərdə nəzarətin tətbiqindən müvəqqəti olaraq vaz keçdiyini bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ