SON DƏQİQƏ

Alman naziri: İslam Almaniyanın dini deyil

Tarix:

16-03-2018, 21:47

/ 10 313 dəfə oxundu.
Alman naziri: İslam Almaniyanın dini deyil

Almaniyanın yeni təyin olunmuş daxili işlər naziri Horst Zeyehofer  İslamın  Almaniyanın dini olmadığını bəyan edib.

Gunaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə BBC Alman KİV-ə istinadən məlumat yayıb.

Horst Zeyehofer kansler Angela  Merkelin müsəlman qaçqınlara ölkədə sığınacaq verilməsi siyasətinin qəti əleyhdarlarından sayılır.

Buna baxmayaraq ona, yeni qurulmuş koalisyon hökumətdə əsas dövlət postlarından biri həvalə olunub.

Siyasi şərhçilər onun anti-İslam bəyanatlarının qatı-sağçı “Almaniya naminə alternativ” hərəkatından olan seçicilərin dəstəyini qazanmağa hesablandığını bildirir.

“Bild” qəzetinə verdiyi müsahibədə Zeyehofer Almaniya dövlətinin xristiyanlıq təməlləri üzərində qurulduğunu və bu ənənənin pozulmasının yolverilməz olduğunu bildirib.

“Xeyr. İslam dini Almaniyaya məxsus deyil. Almaniya dövləti xristiyanlıq təməlləri üzərində qurulub. Bizim aramızda yaşayan müsəlmanlar Almaniyaya məxsusdur. Ancaq bu o demək deyil ki, onlara görə, öz adət və ənənələrimizdən vaz keçməliyik. Müsəlmanlar bizim aramızda yaşamalıdır, ya bizimlə olmalıdırlar ya da bizə qarşı”deyə yeni DİN rəhbəri bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ