SON DƏQİQƏ

Rusiya və Avropa üçün şok fevral - Proqnozu

Tarix:

22-01-2020, 12:14

/ 1 800 dəfə oxundu.
Rusiya və Avropa üçün şok fevral - Proqnozu

Kopernik İqlim Dəyişikliyi xidməti fevral ayında Rusiyada temperaturun yüksək olacağını proqnozlaşdırır.

Bunun uzun müddətli olacağını qeyd edən qurum fevralda havanın temperaturunun iqlim normasından 6-8 dərəcə yuxarı qalxacağını açıqlayıb.

Rusiyanın Avropa bölgəsində isə temperatur 1.5-4 dərəcə yüksələcək.

Fevralın 2-dək Avropadakı orta temperatur iqlim normasından 4-6 dərəcə yüksək olacaq. Bu norma fevralın 9-dək bir qədər azalacaq və əsasən 2-3 dərəcə olacaq. Ancaq ayın ortasından yenidən istiləşmə başlayacaq və bu tendensiya fevralın 23-dək davam edəcək.

Meteoroloqlar fevralın 10-dan 16-dək ən isti günləri proqnozlaşdırırlar. Bu dövrdə Avropanın bəzi bölgələrində temperatur 8 dərəcəyə çata bilər, ayın son həftəsində isə bu 1,5 dərəcəni keçməyəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ