SON DƏQİQƏ
» » Putinlə daha tez görüşməliyəm, yoxsa... - Ərdoğan

Putinlə daha tez görüşməliyəm, yoxsa... - Ərdoğan

Tarix:

10-12-2019, 09:13

/ 724 dəfə oxundu.
Putinlə daha tez görüşməliyəm, yoxsa... - Ərdoğan

Liviya Milli Ordusunun komandiri marşal Xəlifə Haftarla bağlı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəm.

GunAz.az xəbər verir ki bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"Cənab Putinlə görüşə ehtiyacım var. Gələn ayın 8-də Türkiyədə olacaq. Daha tez görüşməliyik, çünki Haftarın Rusiya ilə münasibətlərində yeni bir Suriyanın yaranmasını istəmirəm. Yanvar ayındakı proqram ayrıdır və "Türk axını" layihəsinin açılışını edəcəyik. Putinlə Liviya və Haftar məsələsində telefonla danışacam", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyə və Liviyanın Aralıq dənizində sərhəd anlaşması əldə etdikdən sonra Yunanıstan, Misir, İsrail, Səudiyyə Ərəbistanı, Cənubi Kipr kimi ölkələr tərəfindən Liviya hökuməti devriləcəyi ilə təhdid edilir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ