SON DƏQİQƏ
» » Ərdoğan: “Bunu Putinlə müzakirə edəcəm”

Ərdoğan: “Bunu Putinlə müzakirə edəcəm”

Tarix:

13-11-2017, 17:25

/ 958 dəfə oxundu.
Ərdoğan: “Bunu Putinlə müzakirə edəcəm”

“Türkiyə S-400 zenit-raket komplekslərinin çatdırılması haqqında Rusiya ilə imzalanan razılaşmanın maksimal sürətlə reallaşdırılmasına ümid edir”.

Gunaz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

“S-400-lərin çatdırılması barədə Rusiya ilə razılaşdıq, sənədlər imzalanıb. Bəzi texniki detalları bizim mütəxəssislərimizin iştirakı ilə səfər çərçivəsində müzakirə edəcəyik. Razılaşmanın mümkün qədər tez reallaşdırılması üçün addımlar atmaq istəyirik”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti bu gün Rusiyaya səfər edib. O, Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ