SON DƏQİQƏ
» » AB-dən ABŞ-a zərbə: Daha 6 ölkə İran üçün birləşdi

AB-dən ABŞ-a zərbə: Daha 6 ölkə İran üçün birləşdi

Tarix:

2-12-2019, 08:00

/ 1 187 dəfə oxundu.
AB-dən ABŞ-a zərbə: Daha 6 ölkə İran üçün birləşdi

Almaniya, İngiltərə və Fransanın (E3) İranla ticarət etmək üçün qurduqları İNSTEX-ə Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveç də qatılıb.

GunAz.az xəbər verir ki, bununla bağlı E3 ölkələri birgə bəyanat yayıb.

“Bu addım İNSTEX-i daha da gücləndirmək və Avropa ilə İran arasında qanuni ticarəti asanlaşdırmaq üçün etdiyimiz səyləri göstərir. Eyni zamanda, Əhatəli Birgə Fəaliyyət Planına sadiqliyimizin göstəricisidir”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Almaniya, Fransa və İngiltərə İranla ticarəti asanlaşdırmaq və Avropa şirkətlərini ABŞ-ın sanksiyalarından qorumaq məqsədilə 2019-cu ilin yanvarında İNSTEX-i qurmuşdu. ABŞ AB nəhənglərinin bu addımını pisləmişdi.axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ