SON DƏQİQƏ
» » İsrailin Qəzzaya hava zərbələri davam edir, ölənlərin sayı 10-u keçib

İsrailin Qəzzaya hava zərbələri davam edir, ölənlərin sayı 10-u keçib

Tarix:

13-11-2019, 18:30

/ 633 dəfə oxundu.
İsrailin Qəzzaya hava zərbələri davam edir, ölənlərin sayı 10-u keçib

Ötən gün sübh çağından başlayan İsrailin Qəzzaya aviazərbələri davam edir. Ölənlərin sayı 10-u keçib.

GunAz.az bu barədə Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir.

Məlumata görə İsrail ötən gecə və bu gün sübh saatlarında da Qəzzanın mərkəzi, şimal və cənub bölgələrini durmadan hədəfə alıb.

Xüsusilə də İsrailin kəşfiyyat təyyarələri Qəzza səmasını tərk etməyib.

Qəzza xəstəxanalarına 10-dan çox şəxsin cənazəsi çatdırılıb ki, onlardan biri qadındır.

Bu hücumlarda 45 nəfərin müxtəlif dərəcələrdə yaralandığı deyilir.

Eyni zamanda Fələstinli hərəkatlar da İsrailin nəzarətindəki bölgələrə yüzdən çox raket və mərmi atıblar. Bu raketlər Qəzza ilə sərhəddə yerləşən bölgələrdə dağıntılarla nəticələnib.

Xatırladaq ki, İsrail cari ayın 12-də eyni zamanda Dəməşq və Qəzzaya hava zərbələri endirərək, “İslami Cihad Hərəkatı”nın komandiri Bəha Əbul-Ətanı terror edib. Bundan sonra fələstinli hərəkatlar intiqam vədi veriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ