SON DƏQİQƏ
» » Rusiya torpağı qaytarmalı və pul ödəməlidir - Kuleba

Rusiya torpağı qaytarmalı və pul ödəməlidir - Kuleba

Tarix:

12-11-2019, 08:30

/ 1 787 dəfə oxundu.
Rusiya torpağı qaytarmalı və pul ödəməlidir - Kuleba

Ölkəmiz faktiki olaraq Rusiya ilə müharibə şəraitindədir.

GunAz.az xəbər verir ki, bu sözləri Ukrayna Baş nazirinin Avropa və Avroatlantika inteqrasiyası məsələləri üzrə müşaviri Dmitri Kuleba deyib.

O bildirib ki, müharibə işğal edilmiş torpaqların, o cümlədən Krımın geri qaytarılmasından sonra başa çata bilər:

“Mən Rusiya ilə müharibənin sona çatmasının tərəfdarıyam. Uzunvədəli perspektivdə əlaqələrimizin normallaşmasını istəyirəm. Lakin bu, “götürdülər, unutduq” prinsipi ilə olmayacaq. Rusiya öz təcavüzkar siyasətinə görə bədəl ödəməlidir. Müharibənin sonu: Təcavüzə görə ödənilən pullar və Krımın geri qaytarılması... Nə qədər vaxtın getməsindən asılı olmayaraq”.

Kuleba əlavə edib ki, kompensasiyanın miqdarı hələ ki, müəyyən olunmayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ