SON DƏQİQƏ

Türkiyədə ardıcıl 3 zəlzələ oldu

Tarix:

10-10-2019, 23:16

/ 1 203 dəfə oxundu.
Türkiyədə ardıcıl 3 zəlzələ oldu

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Yalova şəhərindən 3,71 kilometr məsafədə, yerli vaxtla saat 19:52-də qeydə alınan zəlzələ İstanbulda da hiss edilib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Son zamanlarda ardıcıl zəlzələlərin olması əhali arasında təşvişə səbəb olub.

Qandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Yalovada yerli vaxtla saat 20:04 radələrində daha iki zəlzələnin baş verdiyini açıqlayıb. Açıqlamaya görə 5 dəqiqə intervalla 3,2 və 3,0 maqnitudalı zəlzələ olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ