SON DƏQİQƏ
» » Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb

Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb

Tarix:

20-09-2019, 17:50

/ 1 876 dəfə oxundu.
Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb

Səudiyyə Ərəbistanın 5 hərbçisi Yəməndə hücum zamanı həyatını itiriblər.

GunAz.az əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın dəstəklədiyi Yəmən hökuməti mənbələri məlumat veriblər.

Bildirilib ki, Yəmənin Hədramut əyalətinin "Vadi Bin Əli" bölgəsində silahlılar Səudiyyə Ərəbistanı koalisiyasının postuna hücum ediblər.

Hücum nəticəsində Səudiyyə Ərəbistanı ordusunun polkovnik rütbəli zabiti Bəndər əl-Uteybi və digər 4 hərbçi həyatlarını itiriblər.

Onların cənazələri Səudiyyə Ərəbistanına aparılıb.

Qeyd edək ki, Hədramut əyaləti Səudiyyə Ərəbistanın dəstəklədiyi Yəmən hökumətinin nəzarətindədir. Burada ara-sıra əl-Qaidə silahlıları hücum həyata keçirirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ