SON DƏQİQƏ

Baş prokuror Zelenskiyə qarşı çıxdı

Tarix:

12-06-2019, 23:53

/ 221 dəfə oxundu.
Baş prokuror Zelenskiyə qarşı çıxdı

Ukraynanın Baş prokuroru Yuri Lutsenko vəzifəsini tərk etməkdən imtina edib.

Lutsenkonun sözlərinə görə, onun işdən çıxarılması ilə bağlı parlamentə göndərilən təqdimat qeyri-qanunidir.

“Məni işdən azad etmək üçün ərizəm və ya Ali Rada deputatlarının mənə olan etimadsızlığı tələb olunur”, – deyə Lutsenko bildirib.

Baş prokuror onu da əlavə edib ki, deputatlar heç vaxt onun vəzifəsindən kənarlaşdırılmasına səs verməyəcək.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Baş prokuror Yuri Lutsenkonu vəzifəsindən azad edilməsi haqda parlamentə təqdimat göndərmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ