SON DƏQİQƏ

Türkiyədə yeni parlament sədri seçiləcək

Tarix:

19-02-2019, 11:08

/ 10 207 dəfə oxundu.
Türkiyədə yeni parlament sədri seçiləcək

Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədrinin seçiləcəyi tarix açıqlanıb.

GunAz.az xəbər verir ki, yeni spiker fevralın 24-də parlament üzvləri arasında səsvermə yolu ilə seçiləcək.

Yeni seçilmiş sədr TBMM-in 29-cu spikeri olacaq.

Qeyd edək ki, Türkiyə parlamentinin spikeri Binəli Yıldırım İstanbul bələdiyyəsinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə əlaqədar bu gün yerli vaxtla saat 20:00-da istefa verəcək.

B.Yıldırımı parlamentdə müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından deputat Cəlal Adan əvəz edəcək.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ