SON DƏQİQƏ

Bu kəndə köçən 10 min dollar alır - FOTO

Tarix:

6-02-2019, 09:09

/ 10 731 dəfə oxundu.
Bu kəndə köçən 10 min dollar alır - FOTO

İtaliyanın şimalında, Alp dağlarının ətəklərində yerləşən Piedmont bölgəsindəki Locana kəndinə köçənlərə 10 min dollar verilir.

“Sözcü” xəbər verir ki, 1900-cü illərin əvvəllərində yeddi min əhalisi olan kənddə 2000-ci illərdə 1500-ə qədər sakin qalıb.

Kəndin əhalisi Torinodakı böyük fabriklərdə işləmək üçün buranı tərk edib. Hətta əhali o qədər azalıb ki, ibtidai məktəblər də az şagird olması səbəbindən hər təhsil ilinin əvvəlində bağlanmaq riski ilə qarşı-qarşıya qalır.

Birdəfəlik ödəmə şəklində veriləcək 10 min dollarlıq mükafatı almaq üçün cütlüklərin qarşısına bir şərt qoyulur: ən azı bir övlad sahibi olmaq.

Kənddə restoranlar, barlar, kafelər kimi iş sahələri var.

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ