SON DƏQİQƏ

Bu kənddə yaşayana 43 min manat veriləcək

Tarix:

4-12-2017, 11:55

/ 815 dəfə oxundu.
Bu kənddə yaşayana 43 min manat veriləcək

İsveçrənin Albinen kəndinə yeni sakinlər cəlb etmək üçün maraqlı təklif irəli sürülüb.

Gunaz.az trend.az-a istinadən məlumat verir ki, bununla bağlı keçirilən yığıncaqda yerli kəndlilər 71 səs lehinə, 29-u əleyhinə olmaqla potensial sakinlərə 25 min frank ödənilməsinə razılıq veriblər.

Təşəbbüsün müəllifi mer Beat Yost olub. O bununla demoqrafik vəziyyəti dəyişmək niyyətindədir.

Hazırda bu Alp kəndinin 243 daimi sakini var. XX əsrin əvvəllərində Albinendə təqribən 400, 2010-cu ildə isə 278 nəfər yaşayıb. Kənddə məktəb yaşlı 7 uşaq var. Orta yaş isə 58-dir. Son 17 il ərzində Albinendə heç bir yeni ev tikilməyib.

Bu gözəl mənzərəli yaşayış məntəqəsi termal və dağ-xizək kurortu olan Lekerbada yaxın məsafədə yerləşir.

Qeyd edək ki, 1 İsveçrə frankı 1.01584 ABŞ dolları və ya 1.7305 manatdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ