SON DƏQİQƏ
» » Avstriyada qar uçqunu: Ölən və itkin düşənlər var

Avstriyada qar uçqunu: Ölən və itkin düşənlər var

Tarix:

7-01-2019, 23:42

/ 10 286 dəfə oxundu.
Avstriyada qar uçqunu: Ölən və itkin düşənlər var

Avstriyanın böyük hissəsinə yağan güclü qar üç xizəkçinin ölümünə səbəb olub, dörd nəfər itkin düşüb.

GunAz.az xəbər verir ki, qar uçqunu nəticəsində iki alman xizəkçi qərbi Forarlberq regionunda, sloveniyalı bir xizəkçi isə Zalsburq rayonunda həlak olub.

Ötən həftənin ortalarında Avstriyanın mərkəzinə və şimalına 1,5 metr, Zalsburq ətrafındakı dağlara isə 3 metr qalınlığında qar yağıb. Turistlər də daxil olmaqla, 2 minə yaxın insan Zelstal vadisinin kəndlərində ətraf aləmdən təcrid olunmuş vəziyyətdə qalıb. Aşağı Avstriyada dağ-xizək kurortları bağlanıb. Həm sakinlərə, həm də turistlərə ərazini tərk etmək tövsiyə olunub.

Qar yaxın günlərdə də yağmaqda davam edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ