SON DƏQİQƏ
» » Jurnalisti əvvəl boğub, sonra tikə-tikə ediblər - Prokurorluq açıqladı

Jurnalisti əvvəl boğub, sonra tikə-tikə ediblər - Prokurorluq açıqladı

Tarix:

31-10-2018, 18:52

/ 10 280 dəfə oxundu.
Jurnalisti əvvəl boğub, sonra tikə-tikə ediblər - Prokurorluq açıqladı

Səudiyyəli jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluq binasında boğularaq öldürülüb.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Baş Prokurorluğunun açıqlamasında deyilir.

Məlumatda o da qeyd olunur ki, qətldən sonra jurnalistin bədəni parçalara ayrılıb.

Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Qaşıqçı Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Qaşıqçının Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ