SON DƏQİQƏ
» » Tramp Kim Çenlə ikinci dəfə görüşmək niyyətindədir

Tramp Kim Çenlə ikinci dəfə görüşmək niyyətindədir

Tarix:

21-08-2018, 08:06

/ 10 260 dəfə oxundu.
Tramp Kim Çenlə ikinci dəfə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri (KXDR) Kim Çeni Inla yenidən görüşmək niyyətindədir.

GunAz.az xəbər verir ki, bu haqda Trampın özü “Röyters” agentliyinə müsahibəsində bildirib.

“Biz ikinci dəfə görüşə bilərik. Ancaq mən bu məsələni şərh etmək istəmirəm”, - o deyib.

Dövlət başçısı görüşün hansı tarixdə keçiriləcəyinə dair detalları açıqlamayıb. Prezident həmçinin qeyd edib ki, onun Şimali Koreya lideri ilə çox gözəl şəxsi münasibətləri yaranıb.

Trampdan Pxenyanın denuklearizasiya üzrə hər hansı addımlara təşəbbüs edib-etmədiyi soruşulub.

“Mən əminəm ki, onlar buna təşəbbüs etdilər”, - Tramp cavab verib, amma konkret faktları səsləndirməyib.

Qeyd edək ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub. Tramp və Kim Çen danışıqların nəticəsinə görə birgə sənədi imzalayıblar. Sənədə əsasən, Pxenyan Koreya yarımadasının tam denuklearizasiyasına hazır olduğunu bəyan edib, ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ