SON DƏQİQƏ
» » Türkiyə məhv edilən terrorçuların sayını açıqladı

Türkiyə məhv edilən terrorçuların sayını açıqladı

Tarix:

21-04-2018, 15:37

/ 10 350 dəfə oxundu.
Türkiyə məhv edilən terrorçuların sayını açıqladı

Türkiyə Silahlı Qüvvələri son 1 həftədə Tunceli, Diyarbəkir, Şırnak və İraqın şimalında keçirdiyi əməliyyatlarda 37 PKK terrorçusunu zərərsizləşdirib.

Gunaz.az Türkiyə mediasına istinadən xəbər verir ki, onların arasında təşkilatın iki lideri də olub.

Bundan başqa, terrorçulara məxsus 33 silah anbarı və sığınacağı məhv edilib.

Əməliyyatlarda Türkiyə ordusu 5 şəhid verib, 9 əsgər yaralanıb.

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı daxil olmaqla son 3 ayda 4254 terrorçu zərərsizləşdirilib. Türkiyə ordusu 53 şəhid verib, 232 əsgər yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ