SON DƏQİQƏ
» » Afrində son vəziyyət - Yollar nəzarətə alındı

Afrində son vəziyyət - Yollar nəzarətə alındı

Tarix:

4-03-2018, 23:23

/ 10 428 dəfə oxundu.
Afrində son vəziyyət - Yollar nəzarətə alındı

ONN media xəbər verir ki, Türk Silahlı Qüvvələri Afrindəki hərəkatla bağlı açıqlama verib.

"Zeytun budağı Hərəkatında, Şeyx Hadid bölgəsi daxil olmaqla 7 qəsəbə ilə Racu ivə Cenderisdən Afrinə birləşən yollar nəzarət altına alındı. Məhv edilən terroristlərin sayı 2668-ə çatdırıldı".

Açıqlamaya görə bu vəziyyət Cenderisin də nəzarət məsələsinin böyük ölçüdə həll olunması deməkdi.

Afrinin qərbindəki Şeyx Hadid bölgəsinə aid olan Soğulcaq və Aranda kəndləri, Şeran Bölgəsinin Bafliun kəndi və Racu bölgəsinə aid olan Halilo kəndi terroristlərdən təmizləndi.

Beləliklə də Afrin bölgə mərkəzinə gedən yolla Şeran bölgə mərkəzinin şərqi və cənub istiqaməti və terrorist qruplaşmanın müdafiə xətləri hesab olunan Qafr Cənnə və Qıtmə kəndlərinin ələ keçirilməsi üçün mühüm irəliləyiş oldu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ