SON DƏQİQƏ
» » Gürcüstanın Azərbaycandakı ilk səfiri vəfat etdi

Gürcüstanın Azərbaycandakı ilk səfiri vəfat etdi

Tarix:

10-01-2018, 14:33

/ 916 dəfə oxundu.
Gürcüstanın Azərbaycandakı ilk səfiri vəfat etdi

Gürcüstanın Azərbaycanda ilk səfiri olmuş Giorgi Çanturiya uzun sürən xəstəlikdən sonra vəfat edib.

Məlumata görə, bu barədə G. Çanturiyanın qohumları bildirib.

G. Çanturiya 1957-ci ildə anadan olub. O, müxtəlif dövlət vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə diplomatik missiyalarda fəaliyyət göstərib.

1993-cü ildə Gürcüstan prezidentinin beynəxalq məsələlər üzrə müşaviri, 1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, 1996-cı ildən etibarən prezidentin xüsusi elçisi və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti olub.

Son illərdə G. Çanturiyanın Azərbaycanda çalışdığı bildirilir.//APA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ