SON DƏQİQƏ
» » Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir- PARLAMENTİN VİTSE-SPİKERİ

Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir- PARLAMENTİN VİTSE-SPİKERİ

Tarix:

4-01-2018, 12:39

/ 912 dəfə oxundu.
Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir- PARLAMENTİN VİTSE-SPİKERİ

Ermənistanda işsizlik və miqrasiya üzrə Gürcüstan və Avrasiya İttifaqı ölkələri ilə müqayisədə ən xoşagəlməz göstəricilər mövcuddur.

Gunaz.az-ın trend-ə istinadən məlumatına görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Mikael Melkumyan deyib.

M.Melkumyan qeyd edib ki, Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir və 30 faiz həddindən aşağı düşmür: “İşsizlik səviyyəsi 20 faiz ətrafındadır. Ölkədən əmək miqrantlarının axını çox böyükdür”.

Vitse-spiker onu da vurğulayıb ki, bu məsələnin həll olunmasında problemlər mövcuddur və ölkədəki hazırkı sosial-iqtisadi vəziyyət Ermənistanda mənfi nəticələrə gətirib çıxara bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ