“Ermənistanda hər on ailədən biri ac yatır”.
Gunaz.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkədəki “Sosiometr” sosial araşdırma mərkəzinin direktoru, sosioloq Aqaron Adibekyan bildirib.
“Ermənistanda il ərzində apardığımız araşdırmaya əsasən, ölkədə ailələrin 10 faizi ac yatır. Sözsüz ki, Yeni ildə gözlənilən bahalıq vəziyyəti daha da ağırlaşdıracaq”, - deyə o vurğulayıb.
Ermənistanın rəsmi statistikasına əsasən, ölkədə yoxsulların ümumi sayı 900 min nəfərdir. Onların 310 min nəfəri çox yoxsul, 60 min nəfəri isə olduqca yoxsuldur.(“Report”)