SON DƏQİQƏ
» » ABŞ hərbçiləri piratların hücumuna məruz qalmış İran dənizçilərinə yardım edib

ABŞ hərbçiləri piratların hücumuna məruz qalmış İran dənizçilərinə yardım edib

Tarix:

26-10-2017, 08:10

/ 1 230 dəfə oxundu.
ABŞ hərbçiləri piratların hücumuna məruz qalmış İran dənizçilərinə yardım edib

ABŞ-ın hərbi donanması piratların hücumuna məruz qalmış İran dənizçilərinə yardım edib.
Gunaz.az-ın xəbərinə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamasında deyilir.
“Oktyabrın 24-də ABŞ Hərbi Dəniz Qüvvələri Yəmənin Sokotra adası yaxınlığında piratların hücumuna məruz qalmış İran balıqçı gəmisinə yardım göstərib”, məlumatda deyilir.
Açıqlamada həmçinin bildirilir ki, İran Sahil Mühafizəsi hücumla bağlı ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Komandanlığına müraciət edərək onlardan yardım istəyib. Hadisə yerinə ABŞ-ın “Howard” və Yaponiyanın “Amagiri” eskadra mina gəmiləri (esminesləri) cəlb edilib. ABŞ gəmisinin heyəti üç iranlı dənizçiyə tibbi yardım göstərib və qida ilə təmin edib.(APA)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ