SON DƏQİQƏ

Ordumuzun Ermənistana vurduğu ziyan - Siyahı

Tarix:27-10-2020, 16:02 Oxunub:3 536

Azərbaycanın rəşadətli Ordusu Vətən müharibəsi çərçivəsində yeni əraziləri azad etməklə yanaşı Ermənistanın çoxsaylı texnikasını məhv edir və ya hərbi qənimət kimi götürür.

GunAz.az sözügedən texnikaların siyahısını və açıq mənbələrə istinadla, bəzilərinin təxmini qiymətlərini təqdim edir:

1. 1 ədəd TOS odsaçan – təxminən 5 milyon ABŞ dolları

2. 1 ədəd "Toçka-U” əməliyyat-taktiki raket kompleksi – 600 min ABŞ dolları

3. 275 ədəd top – təxmini 56 milyon 400 min ABŞ dolları

4. 106 ədəd minaatan – 4 milyon 240 min ABŞ dolları

5. 2 ədəd S-125 – 38 milyon ABŞ dolları

6. 4 ədəd Su-25 – 44 milyon ABŞ dolları

7. 306 ədəd tank (T-72 və T-55 tankları nəzərdə tutulur) – 189 milyon 200 min ABŞ dolları

8. 85 PDM –14 milyon ABŞ dolları

9. 6 ədəd S-300 – 690 milyon ABŞ dolları

10. 53 tank əleyhinə vasitə – 690 min ABŞ dolları

11. 2 ədəd "Elbrus” zenit-raket kompleksi – 6 milyon ABŞ dolları

12. 410 avtomobil texnikası – 8 milyon 200 min ABŞ dolları

Ermənistan Ordusuna dəyən ziyanın təkcə bu hissəsinin miqdarı 1 milyard dollardan çoxdur.

Qeyd edək ki, siyahıya qiyməti dəqiq bilinməyən 40-a yaxın "OSA”, 83 "Qrad”, 2 "Uraqan”, 2 YARS, 4 TOR, 4 KUB və 1 KRUQ daxil deyil. Ekspertlər bildirirlər ki, bu və digər hərbi texnika itkilərini hesablayanda Ermənistan ordusunun 1 ay ərzində 2 milyard dollardan çox maddi itki verdiyi üzə çıxır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<