SON DƏQİQƏ
» » Dünyanın ən bəxtsiz adamı: 60 milyon dolları yanlışlıqla zibilliyə atdı

Dünyanın ən bəxtsiz adamı: 60 milyon dolları yanlışlıqla zibilliyə atdı

Tarix:

28-05-2018, 09:30

/ 10 362 dəfə oxundu.
Dünyanın ən bəxtsiz adamı: 60 milyon dolları yanlışlıqla zibilliyə atdı

Amerikalı Ceyms Houels kripto pullarının şifrəsi yerləşən yaddaş kartını yanlışlıqla zibil qabına atıb.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Uelsdə yaşayan Houels kripto pul yaradıcısıdır. 32 yaşlı Ceymsin diqqətsizliyi ona 60 milyon dollara başa gəlib. 2009-cu ildə dostları ilə 7500 ədəd Bitcoin toplayan Ceyms Houels kripto pullara şifrə qoyub. Məlumatları yaddaş kartında saxlayan Ceyms evi təmizləyərkən yanlışlıqla kartı zibilliyə atıb. O bildirir ki, 2 yaddaş kartı arasından səhvən şifrə qeyd olunanı götürüb və onu atıb. 
Şifrəsi itən pulun dəyəri 60 milyon dollardır.
скачать dle 12.1

Şərhlər