SON DƏQİQƏ

Gürcüstandakı ermənilər təxribat mənbəyidir

Tarix:23-09-2020, 17:48 Oxunub:3 081


Gürcüstandakı erməni separatçılarımüxtəlif təxribatlarla azərbaycanlıları gözdən salmağa çalışırlar. Bu, eləcə də digər məsələlər barəsindəPrezidentimiz də ətraflı şəkildə sonuncu müsahibəsində bildirmişdir.

Belə ki, 2020-ci ilin sentyabrın 19-da Abşeron yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdikdən sonra möhtərəm Prezidentimiz [1] cənab İlham ƏliyevAzərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibəsində haqlı olaraq deyir: "Ancaq o da həqiqətdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Çünki yenə də deyirəm, biz etibarlı tərəfdaşıq və bütün məsələləri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Mən indi bu tarixi faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Amma baxın, Ermənistan özünü necə aparır? Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Orada altdan-altdan təxribat xarakterli işlər görürlər, ideoloji iş aparırlar. Amma Ermənistan Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız iddialar edirlər. Ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər”.

Ermənilər bir qayda olaraq, müxtəlif yollarla məqsədyönlü şəkildə təxribatlar törədərək Gürcüstanın zəngin maddi və mədəni irsini məhv etməyə çalışırlar. Bu baxımdan Tbilisinin köhnə məhəlləsində yerləşən Surb (Müqəddəs) Nşan kilsəsindəki yanğının Gürcüstanın Milli Kitabxanasının kitab anbarını məhv etməsinə dair faktı sübut olaraq göstərmək olar [2]. Gürcüstandakı "Arminfo” [3] müxbirinin verdiyi məlumata əsasən, yanğın oktyabrın 19-dan 20-nə keçən gecə baş vermişdir. Qeyd etmək lazımdır ki, 1701-ci ildə tikilən Surb Nşan kilsəsində Gürcüstanın Milli Kitabxanasının anbarı yerləşmişdir. Bu baxımdan yanğının məhz Surb Nşanda baş verməsi də təsadüfi deyildir. Şübhəsiz ki, ermənilər Gürcüstanın tarixi irsini məqsədyönlü şəkildə məhv etmək üçün, həmçinin kilsəni mənimsəmək üçün belə bir addımı atmışlar. Hamıya məlumdur ki, ermənilər günü bu gün də Gürcüstanın kilsələrinə dair əsassız iddialar sürməyə davam edirlər.

Gürcüstandakı separatçı ermənilər gizli şəkildə öz məqsədlərini həyata keçirmək üçün hiylə işlədərək öz soyadlarının sonuna, gürcü soyadlarına məxsus olan – şvili və dze sonluğunu əlavə edirlər. Bu proses Samtsxe-Cavaxetidə də müşahidə olunur. Erməni təxribatçıları Samtsxe-Cavaxetini "Cavaxk” kimi qələmə verərək mənimsəməyə çalışırlar ki, bu da onların "Böyük Ermənistan” planının bir hissəsidir.

Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Axalkələk vasitəsilə yeni marşrutla hərəkətinə də mane olmağa çalışırdılar. Lakin onların bu cəhdləri baş tutmadı. Digər bir tərəfdən Gürcüstanın, öz ərazisindən Ermənistana silahların daşınmasına icazə verməməsi də Gürcüstanla Azərbaycan arasındakı dostluq münasibətlərinin əbədi və sarsılmaz olduğunu bir daha göstərdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev sonuncu müsahibəsində bu barədə qeyd edir: "Söz düşmüşkən onu da bildirməliyəm ki, mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Hökumətlərarası əlaqələr gündən-günə möhkəmlənir. Bir çox önəmli layihələr icra edilir. Bu yaxınlarda bizim Xarici İşlər nazirimiz Gürcüstana rəsmi səfər edəcək. Bu, onun Xarici İşlər naziri kimi Gürcüstana ilk səfəri olacaq. İndi səfərin proqramı hazırlanır. Bir çox məsələlər var. Bizi həm tarixi əlaqələr bağlayır, həm ortaq maraqlar. Bu gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Mən bir daha demək istəyirəm ki, Gürcüstan Hökuməti və Azərbaycan Hökuməti bir-birilə sıx təmasdadır və bu, davam edəcəkdir”.

Bu gün Gürcüstan mətbuatında da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirləri öz əksini tapır[4]. Bu isə o deməkdir ki, məsələnin əsl mahiyyəti, həqiqət artıq gürcülərə də məlumdur. Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili [5] möhtərəm Prezidentimiz haqqında fikrini bu cür ifadə edir: "Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”. Qeyd etmək lazımdır ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşmışdır ki, bu layihələrin həyata keçirilməsində məhz möhtərəm Prezidentimiz xüsusi rol oynamışdır.

Sonda onu qeyd etmək istəyirik ki, ermənilərin təxribatçılıq fəaliyyətlərinə baxmayaraq, Azərbaycanla Gürcüstan arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətləri günü bu gün də davam edir. Buna sübut olaraq, Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin 2019-cu ilin fevralın 27-də Azərbaycan Respublikasına olan rəsmi səfərini [6], eləcə də 2020-ci ilin mayın 28-də Respublika günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriki [7] göstərmək olar. Başqa sözlə desək, Azərbaycanla Gürcüstanın arasındakı dostluq münasibətləri əbədidir və sarsılmazdır.

 

Ədəbiyyat siyahısı:

1. İlham Əliyev "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib /19.09.2020/ https://president.az/articles/40855

2. Сильный пожар в армянской церкви Сурб Ншан в Тбилиси уничтожил книгохранилище Национальной Библиотеки Грузии /22.10.2002/ https://credo.press/15031/

3. Арминфо / https://arminfo.info/news_ru.htm

4. Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb /20.09.2020/ https://azertag.az/xeber/Gurcustan_saytlari_Prezident_Ilham_Aliyevin_Ermenistanin_texribatlari_ile_bagli_fikirlerine_genis_yer_ayirib-1590023

5. Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir /07.12.2019/ https://azertag.az/xeber/Salome_Zurabisvili_Azerbaycan_Prezidenti_Ilham_Aliyev_zemanemizin_en_ugurlu_liderlerinden_biridir-1364643

Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub /27.02.2019/
Gürcüstandakı ermənilər təxribat mənbəyidirKamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<